Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı kütləvi informasiya vasitələrində yayılan son məlumatları diqqətlə izləyir. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı kütləvi informasiya vasitələrində yayılan son məlumatları diqqətlə izləyir.
TİA.AZ “news.am”a istinadən xəbər verir ki, bunu komitənin Xankəndindəki nümayəndəliyinin rəsmisi Eteri Musaelyan deyib.
Onun sözlərinə görə, BQXK mandatına uyğun olaraq girov düşmüş şəxsin saxlama şəraitini, onunla necə rəftar olunduğunu müşahidə etmək və ailəsi ilə əlaqə qurmasına imkan yaratmaq üçün tezliklə onunla görüşməyə hazırdır.
Qeyd edək ki, erməni tərəfi Elnur Hüseynzadənin əsir götürüldüyünü bildirib. Onlar iddia edirlər ki, E.Hüseynzadə Azərbaycan ordusunun hərbi qulluqçusudur. Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq Elnur Hüseynzadənin hərbi qulluqçu olmadığını açıqlayıb.