BP Azərbaycan qazını daşıyan boru kəmərindən çıxır. BP TAP-dakı 20 %-lik qeyri-nəzarət payını “Apollo” fonduna satmağa hazılaşır. BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəmərində (“Trans Adriatic Pipeline AG”) 20 %-lik paya sahib olan törəmə şirkəti “BP Pipelines”ın TAP-dakı qeyri-nəzarət payını qlobal aktiv fondu olan və ABŞ-da fəaliyyət göstərən “Apollo”ya 1 milyard dollara satmağa razılaşıb.
Bu razılaşmanın Azərbaycana siyasi və iqtisadi təsirləri barədə Tribunainfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əslində bu rutin bir anlaşmadır və belə anlaşmalar çox olur:
“Əslində bp şirkəti istehsaldan çəkilmir. Sadəcə nəqliyyat marşrutlarında olan payını satmaq istəyir 1 milyard dollara. Bu kifayət qədər böyük məbləğdir. Ona görə də düşünürəm ki, Amerika kökənli bir şirkətin bunu alması heç də əhəmiyyəti azaltmır. Əksinə, bu boru kəmərinin əhəmiyyətinin daha da artmasına səbəb olacaq. Ümumilikdə bu boru kəməri Avropanın enerji arteriyasından birini təşkil edir və yeni imkanlar və fürsətlər yaradan layihədir. Çox güman ki, amerikanlar burada söz sahibi olmaqla gələcəkdə başqa ölkələrin də qaz xətlərinin TANAP və TAP-a qoşulması haqqında layihələr düşünürlər. Çox güman ki, bunun müsbət tərəfləri daha çox olacaq”.
Nigar