backend

Böyük Qayıdış başladı – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün büdcədən 4 milyon manatın ayrılmasından sonra bəzi müzakirələr başlayıb. 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün büdcədən 4 milyon manatın ayrılmasından sonra bəzi müzakirələr başlayıb.

Sosial şəbəkə istifadəçiləri Cocuq Mərcanlı kəndinin 2016-cı il aprel döyüşlərində azad edilmədiyini, 1994-cü ildə baş tutan Horadiz əməliyyatından bəri Azərbaycanın nəzarətində olduğunu bildirir.

Bu isə əhali arasında çaşqınlıq yaradıb.

Bakipost.az mövzunun aktuallığını nəzərə alaraq millət vəkili Zahid Orucun məsələ ilə bağlı mövqeyini öyrənib. Deputat bildirib ki, Cocuq Mərcanlı kəndi həqiqətən də 1994-cü ildə mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Horadiz əməliyyatı zamanı işğaldan azad edilib:

“Lakin Lələtəpə yüksəkliyinin bütövlükdə ermənilərin nəzarəti altında olması səbəbi ilə o ərazidə əhalinin məskunlaşması təhlükəli idi. Biz adətən coğrafiyanı, ərazini, orada erməni əsgər yoxdursa öz nəzarətimiz altında olduğu kimi dəyərləndiririk, amma onun hava məkanı, təhlükəsizlik zolağı səviyyəsində qiymətləndirməsini aparmırıq. Nəzərə almalıyıq ki, Lələtəpə yüksəkliyi nəinki Cocuq Mərcanlını, daha böyük əraziləri nəzarət altında saxlamağa imkan verən bir yerdir. Aprel döyüşləri bizə bu tarixi imkanı verdi ki, Cəbrayılın o kəndinin tam təhlükəsizliyi təmin olunsun. Və bu bir kənd Cəbrayılın bütövlükdə bir bölgənin azad olunmasının ilk addımı kimi də dəyərləndirilə bilər”.

Millət vəkili hazırda Cəbrayılda 395 ailənin yaşadığını bildirib: “Rayon rəhbərliyinin mənə verdiyi məlumata görə, artıq 190 ailə həmin ərazilərdə yaşamaq üçün müracit edib. İndi də orada məskunlaşma var. 395 ailə orada yaşayır. Demək ki, onların sayının artması erməni cəbhəsinə böyük zərbə vurur. Lələtəpənin Azərbaycanda olması rayonun mərkəzini belə görmək, baxmaq imkanları yaradır. Bu, özlüyündə dediyimiz kimi, həm siyasi, həm hərbi həm də insanlarımızın artıq real dönüşü baxımından çox real hadisədir. İstəyərdim ki, bu aksiyanı ümumxalq işi kimi qiymətləndirək”.

Zahid Oruc ölkə başçısı tərəfindən əhalinin Cocuq Mərcanlıda məskunlaşması ilə bağlı verilən sərəncamı tarixi hadisə kimi qiymətləndirib:

“Düşünürəm ki, bu, ərazilərimizə köçkünlərin, vətəndaşlarımızın böyük qayıdışının tərkib hissəsidir. Onun müəyyən mənada başlanğıcıdır. Bunu qiymətləndirərkən hər bir Azərbaycan insanı dediyimiz nöqteyi-nəzərdən çıxış etməlidir. Yəni əsgər arxa cəbhədə, arxa səngərdə vətəndaşı görmürsə, o, sanki bir səhranı qoruyur. O vətən torpağı üzərində qərarlaşsa da, şübhəsiz nəzərə alır ki, insanlar bu mübarizəni, döyüşü, müharibəni addım-addım izləyir və onların davamı ilə gəlir”.