BÖYÜK PULLAR HESABINA REALLAŞAN “İT-AKADEMİYA”YA NƏ OLDU?

BÖYÜK PULLAR HESABINA REALLAŞAN “İT-AKADEMİYA”YA NƏ OLDU?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il ETN və İqtisadiyyat nazirlikləri İT bazarın inkişafına təkan vermək üçün “İT-Akademiya” təhsil layihəsinə start vermişdi. Layihə Rusiyanın “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, ADNSU və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilməliydi. O zaman nazir Mikayıl Cabbarov layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini açıqlamışdı.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, hazırda bu layihədən bir xəbər yoxdur. Hansı uğurlar qazanıldı, kimlər buranı bitirdi, harada iş tapdılar və sair məlum deyil:

“Layihənin əsas resursu , it-academy.az saytı da işləmir. Təşkilatçılar bu haqda heç bir rəsmi açıqlama verməyiblər. Təhsil xərclərinin əsas hissəsi təşkilatçılar tərəfindən ödənilməliydi. Odur ki, o zaman bu layihənin reallaşması üçün hədsiz böyük maliyyənin də ayrıldığı bildirilirdi.
Ümid edirəm təşkilatçılar layihənin davamlılığı haqqında bir açıqlama verəcəklər”.