BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ DƏ İSRAİLƏ GEDİR

BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ DƏ İSRAİLƏ GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin səfərindən sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak da İsrailə səfər edir.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu səhər İsrailə yola düşüb. Son məlumata görə, Sunakın təyyarəsi İsrailə çatıb.

Səfər zamanı Sunak İsrailin baş naziri Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoqla görüşəcək.

Sunakın Yaxın Şərqə iki günlük səfəri zamanı bölgə ölkələrinə səfəri gözlənilir.

İngiltərə Baş Nazirlikdən verilən açıqlamada Sunakın “Həmasın amansız terror hücumu nəticəsində İsrail və Qəzzada baş verən itkilərə görə başsağlığı verəcəyi” bildirilib.