Böyük Britaniya texniki tənəzzülə girir

Böyük Britaniya texniki tənəzzülə girir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya iqtisadiyyatı ötən ilin üçüncü rübündə 0,1 faizlik daralmanın ardından son rübdə 0,3 faiz kiçilmiş texniki tənəzzülə girdi.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin ( ONS ) məlumatına görə, 2023-cü ilin son rübündə xidmət, istehsal və tikinti sektorlarında azalma müşahidə olunub.

Xidmət sektoru 0,2 faiz, istehsal 1 faiz, tikinti istehsalı 1,3 faiz azalıb. Britaniya iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə 0,1 faiz daralıb.

Beləliklə, İngiltərə iqtisadiyyatı son iki rübdə kiçildi və texniki tənəzzülə girdi.

Dəniz Pənahova