Böyük Britaniya leyboristlərinin lideri yəhudi düşmənçiliyində ittiham olunur

Böyük Britaniya leyboristlərinin lideri yəhudi düşmənçiliyində ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

orbinə qarşı hücumlara səbəb onun antisemitizmin konkret tərifini qəbul etməməsi ilə bağlıdır. Bu tərif “Xolokostun əbədiləşdirilməsi və araşdırılması sahəsində əməkdaşlıq üzrə beynəlxalq təşkilat” tərəfindən işlənib hazırlanıb.

C.Korbin və onu müttəfiqlərinin fikrincə, həmin tərif Leyborist partiyasına İsrail dövlətini tənqid etməyə mane ola bilər.

Lakin liderin doktrinanın müəyyən müddəalarına qarşı göstərdiyi müqavimət partiyada da ciddi diskussiyalar doğurub. Təzyiqlər qarşısında geri çəkilməyə məcbur qalan Korbin sonunda həmin doktrinanın qəbul etməli olub. Korbin siyasi büronun iclasından sonra leyboristlərin bundan sonra da İsraildə söz azadlığının, habelə fələstinlilərin haqlarını müdafiə edəcəklərini bildirib.

Görünür, Korbinin yəhudi təşkilatları ilə bu cür “minnət”lə danışması Böyük Britaniyada bəzi dairələrin xoşuna gəlməyib. Məsələn, “Financial Times” müxalif liderin fəaliyyətini sərt şəkildə tənqid edən məqalə ilə çıxış edib və onun Böyük Britaniyanı idarə etmək qabiliyyətinə şübhə ilə yanaşıb.

Картинки по запросу jeremy corbyn anti semitic definition

Avropa Yəhudi Konqresinin nümayəndələri isə sənədin Leyborist partiyasını həmişəlik antisemit əhval-ruhiyyədən qurtarmağa yönəlik olduğunu bildiriblər.

“Əgər Leyborist partiyası razılaşdırılmış mətnin əleyhinə çıxanları cəzalandırmasa, o zaman onun heç bir mənası olmayacaq”, – təşkilatın bəyanatında deyilir.

Leyboristlərin daxilindəki bu cür çaxnaşma Korbinə qarşı kampaniyanı sürətləndirib. Üstəlik, Korbinlə bağlı onu antisemitizmdə ittiham edən 200-dən çox şikayət daxil olub.

Bundan başqa, Britaniya mətbuatı leyborist liderin 2014-cü ildə Tunisdə Fələstinin “Qara sentyabr” radikal təşkilatının nümayəndələrinin qəbrini ziyarət etdiyini və çələng qoyduğunu  xatırladıblar. (Həmin təşkilat 1972-ci il Münxen olimpiyadasında İsrail idmançılarına qarşı terror həyata keçirib-red.)

Картинки по запросу jeremy corbyn tunis

Mətbuatın apardığı kampaniya Ceremi Korbinin siyasi nüfuzuna ciddi surətdə təsir göstərib. “YouGov” sosioloji agentliyinin məlumatına görə, hazırda leyboristləri əhalinin cəmi 22%-i dəstəkləyir.

Korbin bir yandan daxildə leyboristərin dayağı sayılan həmkarlar təşkilatları tərəfindən təzyiqə məruz qalıb. Onlar müxalif liderdən “Berksit”lə bağlı təkrar referendum keçirilməsi ilə bağlı təşəbbüs qaldırmasını istəyirlər.

Qeyd edək ki, Ceremi Korbin özünün sosial islahatlar, təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması ilə bağlı ideyaları sayəsində xüsusilə gənclər arasında populyardır. Siyasi müşahidəçilər onu 2016-cı ildə Demokrat partiyasında ilkin seçkilərdə Hillari Klintona güclü rəqabət göstərən ABŞ senatoru Berni Sanderslə müqayisə edirlər.

Картинки по запросу jeremy corbyn bernie sanders

Musavat.com