Böyük asteroid təhlükəsi: İnsanlığı məhv edə bilər-BU TARİXDƏ

Böyük asteroid təhlükəsi: İnsanlığı məhv edə bilər-BU TARİXDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2029-cu ildə Eyfel qülləsindən daha böyük asteroid Yer kürəsinin yanından keçəcək. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, alimlər bu hadisəni 99942 Apophis-i öyrənmək üçün bir fürsət kimi qiymətləndirirlər.

Avropa Kosmik Agentliyi (ESA) Ramses missiyası üçün maliyyə ayırıb. Bu missiya asteroidin ölçüsü, forması və orbiti haqqında məlumat toplayacaq.
Prof. Monika Qredi bildirib ki, asteroid Yerdən 32 min km uzaqlıqdan keçərkən orbitində dəyişikliklər müşahidə olunacaq, əgər asteroid Yerə dəysə, bu, bəşəriyyəti məhv edəcək bir fəlakət olacaq.

Missiya həmçinin Apofisin tərkibini və daxili quruluşunu, eləcə də orbitini işıqlandıracaq və cümə günü asteroidin Yerdən 32 min km (Aydan təxminən onda biri məsafə) içərisindən keçərkən necə dəyişdiyini araşdıracaq.