Boykota görə qovulmuşdu – Yeni layihə ilə geri dönür – Fotolar

Boykota görə qovulmuşdu – Yeni layihə ilə geri dönür – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Teşkilat”dan ayrılan Aybüke Pusat yeni layihə ilə geri dönür – bu dəfə “Halef”də “Melek” rolunda

Tribunainfo.az xəbər verir ki, TRT 1-də yayımlanan “Teşkilat” serialının baş rol oyunçusu Aybüke Pusat, sosial şəbəkədə paylaşdığı boykot çağırışı səbəbindən layihədən uzaqlaşdırılmışdı. Aktrisanın növbəti addımı maraqla gözlənilirdi.

Türkiyənin tanınmış jurnalisti Birsen Altuntaşın məlumatına görə, Pusat yeni mövsümdə NOW kanalında yayımlanacaq “Halef” serialında “Melek” obrazını canlandıracaq. Serial Most Yapım tərəfindən istehsal olunur və çəkilişləri Şanlıurfada aparılacaq.

Halef serialında kimlər rol alır?
Serialın baş rollarını İlhan Şen (Serhat) və Biran Damla Yılmaz (Yıldız) paylaşır. Hadisələrə görə, Melek və Serhat gizli şəkildə evlənir. Lakin Serhatın təcili şəkildə doğma şəhərinə qayıtması və orada Yıldız adlı bir qadının ortaya çıxması bu münasibəti ciddi sınağa çəkir.

Yaradıcılıq heyəti:
Rejissor: Deniz Çelebi Dikilitaş
Ssenari müəllifi: Ercan Uğur
Yeni layihə Aybüke Pusatın ekranlara qayıdışı kimi qiymətləndirilir və serialın yayıma başlaması ilə birlikdə böyük maraq doğuracağı gözlənilir.

Tribunainfo.az