Türkiyəli məşhur aktyor və müğənni kişilər arasında botoks və dolğu edənlərin sayı durmadan artır.
Tribunainfo.az xəbər verir ki, Türkiyə saytları yazır ki, botoks edən məşhur kişilər sırasına müğənni Gökhan Özən də daxil olub. Jurnalistlərə verdiyi müsahibə zamanı G.Özənin yanaq dolğusu və göz qapağı əməliyyatı diqqət çəkib.
Bununla G.Özən də əməliyyatları, botoksları ilə gündəmə gələn aktyor Engin Altan Düzyatan, müğənnilər Mustafa Sandal və Rafet El Roman kimi üz əməliyyatı etdirən kişilər sırasna daxil olub. Artıq Türkiyədə məşhur kişilər arasında botoks olduqca çox müraciət olunan prosedura çevrilib.
Adı çəkilən məşhur kişilər botoks etdirdikləri ilə bağlı deyilənlərə etiraz etsələr də, Rafet El Roman botoks etdirdiyini etiraf etmiş və bundan da çox peşman olduğunu bildirmişdi:
“Botoks etdirdim. Etdirməz olaydım. Bütün xarizmam, yaraşıqlılığım yox oldu”.