Botay – Türk Dünyasının ortaq mədəniyyəti

Botay – Türk Dünyasının ortaq mədəniyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il avqustun 11-dən 17- nə kimi  Qazaxıstan turizm, mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Şimali Qazaxıstan vilayətinin  Ayırtau rayonu və Petropavlovsk şəhəri bir həftə ərzində onlarla xarici nümayəndə heyətinin və minlərlə qonağın diqqət mərkəzində olacaq. Qonaqlar arasında  Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Monqolustan, Tatarıstan, Başqırdıstan, Yakutiya, Kabardin-Balkar və Rusiyanı təmsil edən – alimlər, rəssamlar, arxeoloqlar, etnoloqlar, mədəniyyət xadimləri və gənclər təşkilatlarının liderləri Şimali Qazaxıstan vilayətinin humanitar və turizm gündəmində olan məsələləri birgə müzakirə edib, ortaq qərarlar qəbul edəcəklər. Petropavlovsk vilayətində start götürən tədbirlərin ilk açılış mərasmində Qazaxıstan Respublikası Baş nazirinin müavini Ermek Kosherbayev, Turizm və İdman Nazirliyinin, Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi işgüzar səfərdə iştirak edirlər.

Həftənin əsas hadisəsi beynəlxalq aləmdə statusunu ildən-ilə möhkəmləndirən “Botai – Ulu Dala Madenieti” III Beynəlxalq Rəssamlar Simpoziumu oldu. Simpoziumda çıxış edən Qazaxıstanın baş nazirnin müavini Ermek Koşarbayev qeyd etdi ki, tarixi abidələr tariximizin sivilizasiya mənşəyi və Qazaxıstanın və bütün türk dünyasının əvəzsiz irsidir. Şimali Qazaxıstandakı Botay da  dünya tarixi abidələri içərisində xüsusi yer tutur. Çünki bu mədəniyyətlə tanış olduqda  bəşəriyyətin erkən tarixini anlamaq və atın əhliləşdirilməsinin açarı nı tapmaq olur.. Bu gün Botay bütün dünya alimləri tərəfindən tanınır və bu cür obyektlərin tədqiqi insanların yaddaşını qoruyub saxlamağa, onların gələcəyini ruhlandırmağa və möhkəmləndirməyə kömək edir. Bu abidələri dəstəkləmək, inkişaf etdirmək, elmi tədqiqatlar, mədəni tədbirlər, turizm üçün şərait yaratmaq lazımdır”. Bu sirlərlə dolu məkanı ilk dəfə Ayırtau rayonunda 40 il əvvəl arxeoloq Viktor Zaybert aşkar edib  və dünyaya səs sala bildi. Bu sensasiyalı elmi hadisə Şimali Qazaxıstan bölgəsini dünya sivilizasiyası tarixinə yazdırdı və onu ölkənin mədəni-tarixinin brendinə çevirdi.

Beynəlxalq ekspozisiyada iştirak edən alimlər , eləcə də gənc arxeoloqlar da müzakirələrə qatılaraq öz fikirlərini bildiriblər. Qazaxıstanın tanınmış arxeoloqu, professor , Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü  Zeynolla Samaşev bildirib ki, Botay mədəniyyəti dünya tarixində xüsusi yer tutur. Botay dünyanın aparıcı elmi mərkəzlərində tanınır, məktəb və universitet dərsliklərinə salınıb.

Tədbirdə çıxış edən  Azərbaycanın əməkdar rəssamı, Yedditəpə Rəssamlıq İnstitutunun professoru Rafik Əziz  deyib ki, “Botay bütün dünyaya nümayiş etdirilməlidir – çox istərdim ki, bu yer haqqında mümkün qədər çox insan bilsin. Şimali Qazaxıstanın təbiəti mənim üçün çox doğmadır.  Mən bu yaxıpnlarda bir əsər çəkmişəm, indi görürəm ki, təsvir etdiklərim buradakı gördüklərimlə eynidir. Onu Petropavlovskda təqdim edəcəm”.

Həftənin sonunda Petropavlovskda Botay mədəniyyətinin ortaq türk kimliyinin formalaşmasında rolunu müzakirə etmək üçün aparıcı alimləri bir araya gətirəcək “Botay – türk dünyasının əsasları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Ayrı –ayrı məkanlarda döyüş ayinləri, at yarışları,  ustad dərsləri keçiriləcək, eləcə də türk dünyasında arxeoloji marşrutların yenidən qurulması məsələləri müzakirə ediləcək.

Aida Eyvazlı