backend

Boşanmaqdan qorxmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə mətbuatda qadın qətilləri barədə xəbərləri oxuyuruq. 

Son iki gündə mətbuatda qadın qətilləri barədə xəbərləri oxuyuruq.

Qəbələdə əri və onun ailəsi tərəfindən boğulub öldürülən Səbinə.. . Bu xəbərin şokunu üstümüzdən atmamış, Bakıda  daha bir kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayır. Görəsən, bu insanlara nə olub? İnsanı öldürəcək qədər nifrəti özlərinə necə yükləyiblər? 

Problemə necə yanaşmağımızdan asılı olmayaraq,  belə qətillərin səbəbləri sırasında bizim düşüncələrimiz önəmli yer tutur. Mən,  ata evinə qayıdan qızlara dəfələrlə belə deyildiyinin şahidi olmuşam: “Ər evinə ağ gəlinliklə girib, ağ kəfəndə çıxmalısan! Camaat bizə nə deyər?”  Bu cür primitiv düşüncələrin sayəsində isə qadınların ərləri tərəfindən öldürülməsinə sanki, haqq verilir. Getmisən, döyüləcəksən, söyüləcəksən, lazım gələndə isə lap öldürüləcəksən! Axi, qayıtsan, camaat səndən danışar? 

Nəticə də göz qabağındadır.  Əksər ailələr boşanmış qizlarına başqaxıncı və ya heç kimə lazım olmayan əşya kimi baxır. Döyülüb, təhqir edilən, işgəncələrə məruz qalan övladlarına sahib çıxmırlar. Yenidən zorla da olsa, ər evinə yollayırlar. Bəzən olub ki, qız anasının bu fikirlərini də eşitmişəm: “Boşanıb, ailəmizin adına ləkə gətirməsin! Getsin, ərinin evində çörəyini yesin!” 

Bəli, bax, bu söhbətlərə görə artıq ailə münasibətləri bitmiş xanımlar yenidən işgəncə gördükləri ər evlərinə qayıtmalı olurlar. Hər zaman düşünürəm ki, belə ailələr qızlarını başqa evdə bir qarın çörəyə işləyən nökər olaraq böyüdür.  Bu  “nökər”lər isə ər evində hər cür işgəncədən sonra amansızlıqla öldürülür.  Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə qadınlarımızın boşanmaqdan qorxmasıdır.

Qadınlarımız cəmiyyətdə boşanmış qadın kimi tanınmaqdan qorxurlar.  Niyə qorxursuz?!  Boşanmaq  ölümdən qorxuludurmu?  Bəlkə, sizi döyən və təhqir edən ərlərin yanına xoşbəxtsiz?  Axı, hər gün mənəvi və fiziki işgəncələrlə dolu bir həyat nəyinzə lazımdır? Əgər münasibətlər atıq bitirsə, arada hörmət və sevgi qalmayıbsa, boşanmaqdan başqa çıxış yolu aramayın! Özünüzə şans verin! Boşanmaqla həyat bitmir. Əksinə, yeni bir həyata başlayırsız.  Sakit, sevgi dolu bir həyata…

Nüşabə Zövqət