Beylikdüzündə boşanma prosesində olduğu arvadına küçənin ortasında bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarətlər yetirdiyi iddia edilib. Polis qrupları apardıqları işlər nəticəsində şübhəlini yaxalayaraq saxlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,Beylikdüzü Adnan Kahveci Çamlıtəpə küçəsində Murat B. mübahisə zəminində boşanma prosesində olduğu həyat yoldaşı Şeyda Nur B.-ni küçənin ortasında dəfələrlə bıçaqlayıb.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Polis qrupları Murat B.-ni nəzarətə götürərkən, sağlamlıq qrupları ağır yaralanan Şeyda Nur B.-ni xəstəxanaya aparıb.