“Boşanmaq üçün ərizə vermişəm” – Aysun

“Boşanmaq üçün ərizə vermişəm” – Aysun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılmasından danışıb.

İfaçı boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb:

“Bəzilərinə maraqlı, bəzilərinə maraqsızdır. Maraqsız olmağın tərəfindəyəm. Heç kim heç nədən sığortalanmayıb. Allahın yazdığı qisməti heç kim dəyişə bilməz. Bu açıqlamanı verməyi özümə borc bilirəm.

Qız övladım var, onun gələcəyi üçün belə şeylərlə gündəmə gəlmək istəmirəm. Son dəfə açıqlama verib, bu söhbətin bağlanmağını istəyirəm, media nümayəndələrindən xahiş edirəm, ailəm haqqında yazmasınlar. Ramil Vəliyev mənim övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm”.

Qeyd edək ki, Aysun və Ramil cütlüyünün bir qız övladı var.