Çorumda boşanmaqda olan arvadını öldürüb yol kənarına atan polisə verilən cəzaya ölən qadının yaxınları üsyan edib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Çorumun Sungurlu rayonunda boşanma mərhələsində olan həyat yoldaşı Gülten Ataklını tapança ilə öldürən polis məmuru Mürsəl Ataklı 24 il həbsə məhkum edilib. Qərara reaksiya verən qadının qardaşları ədalət axtarışlarını davam etdirəcəklərini bildiriblər.
Qadının yolun kənarında kol-kos arasında hərəkətsiz vəziyyətdə uzandığını görənlər vəziyyəti jandarma və tibb qruplarına xəbər veriblər.
Hadisə yerinə gələn sağlamlıq qrupları başından və sinəsindən güllə yarası alan Gülten Ataklının öldüyünü müəyyən edib.