Ailədə hər zaman tərəflərdən birinin güzəştə getməməsi, onun sonunda dağılmasına səbəb olur.
Ailədə hər zaman tərəflərdən birinin güzəştə getməməsi, onun sonunda dağılmasına səbəb olur.
Ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur. Mütəxəssislər boşanmaların səbəblərini i iqtisadi problemlər, tərəflərin sosial-mədəni səviyyəsinin fərqliliyi, cinsi problemlər, ünsiyyət problemi, tərəflərdən birinin xəyanəti və ailədaxili şiddət hesab edirlər. Statistik məlumata əsasən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halı qeydə alınıb. Yəni, boşanma hallarının sayı çoxalıb.
Psixoloq Xədicə Həbibullayeva TİA.AZ-a bildirdi ki, boşanmalarının belə sürətlə yayılmasınını başlıca səbəbi dünya görüşü ilə bağlıdır: ” Yəni, insanların çoxusu kişi beyni ilə qadın beyninin fərqini bilmir. Digər səbəb informasiya texnologiyalarıdır: sosial şəbəkələr və s”.
Digər bir psixoloq Vəfa Rəşidova isə bildirdi ki, boşanmaların səbəbi müxtəlifdir: “Necə ailələr, xarakterlər, ailə modelləri müxtəlifdirsə, boşanmasəbəbləri də müxtəlifdir. Burada əsas sayılan ailə modelidir. Cütlüklər evlənərkən paradoks bir ailə modelləri olur. Misal üçün oğlan avtoritar bir ailənin üzvüdür. O, hər zaman öyrənib ki, evdə atasının, böyüyün sözü eşidilsin. Bunun üçün ailə dəyərləri çox önəmlidir. Ona görə ki, onun ailə modelində hər zaman bu aşılanıb, amma digər tərəfdən xanım isə hər zaman nə istəyib deyib, ailədə heç kim söz dinləməyib, hər kəsin öz fikri olub. Yəni, pərakəndəlik olub. İndi düşünsək ki avtoritar ailədən olan bir bəy və onun əksi evlənəndə burda nə baş verəcək. Təbii li, xaotik bir durum yaranacaq. Çunki o adaptasiya dövrünü keçənə qədər gəldiyi ailənin qanunlarına uyuşmasına qədər müəyyən vaxt gedəcək. Burda bir məsələ ortaya çıxır. Axı, hər bir insan ona tab gətirib dözə bilmir ki bu xanım iki ilə adaptasiya olunar yoxsa 3 ilə? Bunun üçün gərək psixoloq olasan, yəni o qədər peşəkarcasına yanaşasan ki, bu məsələyə ailə dağılmasın. Qaynana bunu gözləməyəcək gəlin 3 ildən sonra adaptasiya dövrü keçəcək. Ona görə də boşanmaların sayı həddən çox artıb. Çünki bəzi insanlar var adaptasiya dövrü cox qısa olur, bəziləri isə var ki çox uzun olur. Belə bir parodoks ailələrdə boşanmalar olur. Burada hər iki tərəfə pay düşür, hər iki tərəf nizamlanmalıdır. Çünki hər zaman deyirik xanımlar da maariflənsinlər. Özündən yaşca böyük uğurlu bir insanla ailə həyatı qurmaq üçün xanımlar və bəylər psixoloqa müraciət etməyə utanırlar. Ətrafındakı uğurlu ailələrlə məsləhətləşməli və yaxud peşəkar mütəxəssislərə müraciət etməlidirlər. Burda tərəflər mütləq şəkildə ailədən nə gözləyirsə onu bildirsinlərki, gözləntiləri böyük olmasın. Çünki belə halda vəziyyət gərginləşir. Gənclər ailə həyatına hazırlaşarkən çox diqqət etməlidirlər ki, boşanandan sonra deməsinlər kaş özümdən böyüklərlə və ya mütəxəssislə məsləhətləşərdim. Bəyin və xanımın da harda bir natamamlığı varsa, heç olmasa onu doldursunlar. Daha sonra ailə həyat qursunlar. İnsan psixolji olaraq evliliyə hazır olmasa, gələcəkdə çox fəsadları olur. Daha bir boşanma məqami da odur ki, hər iki tərəf ya nevrozdan əziyyət çəkir ya da qisqanc olurlar. Allah eləməsin, iki nevroz və ya iki qısqanc bir yerə düşə… Bu faciədir. İnsan öz toyuna necə bəzənirsə, gözəllik salonuna gedir, təzə kostyum alirsa və ya dişini düzəltdirirsə, həkim müayinəsindən keçirsə, bax elə də ruh halini da müalicə etdirsin”.
Psixoloq Aynur Bünyatova isə bildirdi ki, bu məsələnin səbəbini sosioloqlardan və seksoloqlar daha yaxşı bilər. Amma psixolojı cəhətdən bu məsələnin səbəblərinə bir neçə amillər göstərmək olar. Xüsusən də milli mentalitet tərəfdən 30 yaşa qədər ailə qurmağın zəruriyyəti, gənclərin bir- biri ilə uzun müddət göruşməklərin alqışlanmamağı ailə quranlara psixolojı cəhətdən bir- birilərini tanımağa və uyğunlaşmağa kifayət qədər vaxt tanımağa mane olur. Bundan əlavə gənclərin ailə barədə və şəxsiyyətlər arası münasibətlər haqqında az məlumatlı olması da boşanma faktlarındandır”.
NİLUFƏR