“İssız Adam” filmi ilə məşhurlaşan aktyor Cemal Hünal ötən gün 10 dəqiqəlik dinləmədə 13 illik həyat yoldaşı Lale Canqaldan “razılıqla” boşandığını bildirib. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, məşhur aktyor boşandıqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Tamaşaçılara və mətbuat mənsublarına qapalı keçirilən iclasda Camal Hünal, vəkili Gülşah Ərtoğrul, Lale Canqal və vəkili Özge Tokgöz iştirak edib.
Təxminən 10 dəqiqə davam edən iclasdan sonra məhkəmə Cemal Hünal və Lale Canqalın “razılıqla” boşanacağına qərar verib. Məhkəmə, həmçinin onların 10 yaşlı oğlunun müştərək himayəsinə verilməsinə qərar verib və Hünalın oğluna aylıq 65 min lirə aliment ödəməsinə qərar verib.
Ceylan