BOŞANANLARIN AZAD OLUNAN ƏRAZİLƏRƏ QAYIDIŞI DAYANDIRILSIN – TƏKLİF

BOŞANANLARIN AZAD OLUNAN ƏRAZİLƏRƏ QAYIDIŞI DAYANDIRILSIN – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar işğaldan azad edilən ərazilərdə qeydiyyatda olan yaşlı sakinlər arasında boşanma hallarının artması müşahidə edilir. Bu əsasən boşanan hər iki tərəfin ayrı-ayrı mənzil və ya ev əldə etmək məqsədilə edilir.

Tribunainfo.az yazır ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev yazıb. O bildirib ki, dövlətin kifayət qədər ağır layihələr icra etdiyi bir vaxtda belə acgöz addımların atılması yanlışdır:

“Bununla bağlı təklifim var. 2020-ci ilin sentyabrından sonra boşananların azad olunan ərazilərə qayıdışı ən son mərhələdə həyata keçirilsin. O zamana qədər eyni otaqda yaşayan, amma rəsmən boşanan ailələrin çoxu həm barışacaq, həm də heç olmasa bir ev almaq üçün təkrar evlənəcək. Nəticədə dövlət də, vətəndaş da, cəmiyyət də qazanacaq”.