Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko bir araya gəlib.
Ötən il rəsmi boşanan cütlük İtaliyada görüşüb. Yusif Romada çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb.
Opera ifaçıları birlikdə səhnə alacaqlarını vurğulayıblar.
Qeyd edək ki, Anna və Yusif ötən ilin iyununda rəsmən boşandığını açıqlayıb. Onlar 10 illik münasibətə son qoysalar da, dost qaldıqlarını açıqlayıblar. Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.