“Azərsu” ASC dəfələrlə müraciət edilməsinə baxmayaraq, sayğac borusundan axan su ilə bağlı tədbir görmür. Bloku su basıb, “Azərsu”nun vecinə deyil.
Tribunainfo.az yazır ki, bu barədə sosial şəbəkədə vətəndaş Araz Nəzər yazıb. O bildirib ki, su israf olur, ancaq “Azərsu” tədbir görmür:
“Şikayətim “Azərsu” ASC dəndir. Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi 5A ünvanında 1 və 2-ci mərtəbə arasında yerləşən 2 su sayğacının borusundan su axır. Blok bütün sudur. Dəfələrlə müraciət olunub, heç kim baxmır. Yer kafeldir, yer sulu olduğu üçün 2 azyaşlı uşaq yıxılıb, müxtəlif xəsarətlər alıb. Su axıntısı sayğacdan kənarda olduğu üçün su israfı var. Hər yer su olub”.