Boris Conson yeni işi – Köşə yazarı oldu

Boris Conson yeni işi – Köşə yazarı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən il baş nazirlikdən istefa verən və parlamentdəki vəzifəsini tərk edən Boris Conson Britaniyanın “Daily Mail”qəzetində köşə yazarı kimi fəaliyyət göstərəcək.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir qəzet üçün həftəlik yazı yazacaq.

Belə ki, “Daily Mail” paylaşdığı bir video ilə Boris Consonun köşə yazısı yazmağa başladığını açıqlayıb. Yayımlanan videoda Boris Conson hiss etdiklərini yazacağını deyib. O, ilk yazısını arıqlamaq uğrunda mübarizəsinə həsr edəcəyini qeyd edib. Qəzet onu “ən hazırcavab və orijinal yazıçılardan biri” kimi xarakterizə edib. Keçmiş baş nazirin yazıları hər həftənin şənbə günü dərc olunacaq.