Boris Conson dağınıq saçlarından, Ukraynaya geyindiyi köhnə ayaqqabıdan DANIŞDIbackend

Boris Conson dağınıq saçlarından, Ukraynaya geyindiyi köhnə ayaqqabıdan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 9-da Kiyevə səfəri zamanı geyimi ilə diqqət çəkib.

Nazir müzakirələrə səbəb olan geyim tərzinə münasibət bildirib.

İlk növbədə o, saçları ilə bağlı bildirib ki, onun saçları uşaqlıqdan belədir.

Conson qeyd edib ki, o, prezident Vladimir Zelenskiyə dəstək olaraq mavi qalstuk taxıb. Mütəxəssislər mavi qalstuku Consonun saç rəngi ilə müqayisə edərək, bu rənglərin birləşməsinin Ukrayna bayrağını simvolizə etdiyini qeyd ediblər.

Bundan əlavə, Conson Zelenski ilə görüşə köhnəlmiş ayaqqabı geyinib ki, bu da səbəbsiz deyilmiş. Bu, nazirin hazırda Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukrayna xalqına rəğbət və anlayış nümayiş etdirdiyi siyasi jest idi.

“unikal”