Borc içində üzdüyünü deyən Sərdar məhkəmədə aylıq gəlirini açıqladı

Borc içində üzdüyünü deyən Sərdar məhkəmədə aylıq gəlirini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Serdar Ortaçın 3 il həbsi tələb edilib. Milli.Az haberler-ə istinadən xəbər verir ki, sənətçinin hakim qarşısına çıxarıldığı məhkəmədə rəy bildirilib. Prokurorluq gəncləri qanunsuz mərc oyunlarına təşviq edən Serdarın 3 ilə qədər həbsini tələb edib.

Sənətçinin ittiham olunduğu məhkəmədə məşhur şoumen Mehmet Ali Erbilin şahid kimi iştirak etdiyi ortaya çıxıb.Bu barədə mətbuta açıqlama verən Erbil “Ümid edirəm ki, onun üçün ən yaxşısı olar” sözlərini söyləyib.

Məhkəmə iclası 2025-ci il fevralın 25-nə təxirə salınıb.

Qeyd edək ki,müğənninin məhkəmədə aylıq gəliri də açıqlanıb. Belə ki, Serdar Ortaçın aylıq gəlirinin 500 min lirə olduğu bildirilib.