Nizami Rayon Məhkəməsində “Bona Dea” MMC-nin barəsində tərtib edilmiş protokolla bağlı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.
Qeyd: “Bona Dea” MMC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol yazılıb.
Xatırlatma: Şirkətin tərkibində “Bona Dea International” hospitalı fəaliyyət göstərir.