Şikayətçi Zümrüd Hacıyeva bildirib ki, “Bolt” taksi sürücüləri sərnişindən əlavə pul tələb edir, ödənilən pulun qalığını qaytarmırlar.
Tribunainfo.az xəbər verir ki, gedişhaqqı 2 manat 90 qəpik olsa da, serücü ondan 5 manat alıb:
“Saat 17:00 dan sonra Binəgədi Mədəniyyət evinin qarşısından Biləcəri qəsəbəsinə taxsi sifariş etdik. Yazilan məbləğ 2.90 azn idi. Üvana çatanda sürücüyə 5 azn verdim, mənə qalıq qaytarmadı. Səbəb də onu göstərdi ki, o komfort maşın imiş, ona göre artıq ödəməliyəmmiş. Dedim, axi o qədər yazılmışdı, deyir, orada az yazılır. Sürücü bizi təhqir edib maşıdan düşürdü. Mən həmişə sürücüyə artıq ödəniş etmişəm”.