Bolqarıstanda 16-29 yaşında kişilərin 80 faizi valideynləri ilə yaşayırlar

Bolqarıstanda 16-29 yaşında kişilərin 80 faizi valideynləri ilə yaşayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın statistika agentliyi “Avrostat”ın məlumatına əsasən, Aİ-nin 68,2 faiz vətəndaşları 16-29 yaş arasında valideynləri ilə bir yerdə yaşayırlar. Kişilər arasında bu rəqəm 73,3 faiz, qadınlar arasında isə 62,9 faiz təşkil edir. Bütün Avropa İttifaqı ölkələrində öz valideynləri ilə yaşayan qadınların sayı kişilərin sayından daha azdır. Xorvatiyada 93,1 faiz, Slovakiyada 89,2 faiz, İtaliyada 88,3 faiz, Maltada 87 faiz kişi valideynləri ilə yaşayır. Bolqarıstanda isə 16-29 yaşında qadınların 60 faizi, kişilərin isə 80 faizi valideynləri ilə yaşayır.