backend

Bolqarıstan: “Türkiyə suverenliyimizə təcavüz edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin bizim seçkilərə müdaxiləsi faktdır. 

Türkiyənin bizim seçkilərə müdaxiləsi faktdır.

TİA.AZ xəbər verir ki, bunu BTV-yə müsahibəsində Bolqarıstan Prezidenti Rumen Radev söyləyib. O, Ankaranın 26 martda baş tutacaq parlament seçkisinə müdaxiləsinin qəbuledilməz olduğunu bildirib:

“Əgər Türkiyə Bolqarıstanın suverenliyinə təcavüz etməsə, biz onunla mehriban qonşuluq əlaqələri qura bilərik. Bolqarıstan suveren ölkədir. Biz Avropa Birliyinin üzvüyük və heç kimin beynəlxalq qanunları pozmaq ixtiyarı yoxdur”.

Qeyd edək ki, dünən Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb. Sofiyanın belə addım atmasına Türkiyə səfirinin türkiyəyönlü Dost Partiyasına dəstək verməsi səbəb olub. Ankara Türkiyədə yaşayan 60 min bolqarı bu partiyaya səs verməyə çağırıb.

Bolqarıstan parlamenti isə Ankaranı ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.