“BOLLUQ MARKET”DƏ SÜNİ YUMURTALAR SATILIR-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə istifadəçisi Ruhlan Çobanov marketdə satılan yumurtadan şikayətini bildirib. 

Sosial şəbəkə istifadəçisi Ruhlan Çobanov marketdə satılan yumurtadan şikayətini bildirib.

TİA.AZ xəbər verir ki, R. Çobanov qarşılaşdığı hadisədən üzüldüyü qeyd edib.

“Hər kəs fikir versin. Bu yumurtaları səhər “Xəzər” univermağının yanında yerləşən Bolluq marketdən almışam.Yumurtaların hamısı standart maşından çıxıb, yəni, təbii yumurta deyil. Yumurtaları bu vəziyyətdə marketə aparıb, iradımı bildirdim. Cavabları isə belə oldu: “Bizlik deyil, bu yumurtalar Hacıqabul quşculuq ferması tərəfindən gətirilir”. Mənə sertifikat və ya başqa heç bir sənət göstərmədilər. Sadəcə Vüqar adlı adama zəng etdilər ki, sənin gətirdiyin yumurtadan müştəri şikayət edir. Həmin şəxslə telefonla danışdım. O, çox kobud şəkildə dedi ki, “sənə sertifikat lazımdırsa, gözlə, sabah gətirərəm”.
 

İlahə