Dənli bitkilər, un və un məmulatları istehsal edən Bolluq MMC-yə məxsus fabrikdə antisanitariya vəziyyəti hokm sürür.
Dənli bitkilər, un və un məmulatları istehsal edən Bolluq MMC-yə məxsus fabrikdə antisanitariya vəziyyəti hokm sürür.
Bu barədə BAKU.WS-ə həmin fabrikdə çalışan, məhz bu antisanitariya vəziyyətinə görə fabrikdə çalışmaqdan imtina edən işçi məlumat verib.
Onun sözlərinə görə, fabrikdə muxtəlif çeşidli şokolad, peçenye, vafli, kökə, kurabiyyə, priyanik, keks, rulet istehsal olunsa da işçilər fabrikdə şalvarlarının balağlarını çirmələyib işləyir, paltarlarını isə elə istehsal bölümündəki pilləkənə asıblar.
Bunu fotolardan da görmək mümkündür. Şikayətçi qeyd edir ki, qida istehsalı olan fabriklərdə təmizlik ön planda olmalıdır, lakin onlar insanların sağlamlığı ilə oynayırlar.
Şikayətçinin sözlərinə görə, fabrikdə çalışanlar girişdə əl və ayaqlarını belə strelizə etmirlər.
Məsələ ilə bağlı “Bolluq MMC” ilə (12 347 83 12) əlaqə saxladıq. Lakin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olduğunu iddia edən, lakin adını açıqlamayan şəxs şikayətin nə olduğunu dinləmədən səs tonunu ucaldaraq təkzib etdi.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov BAKU.WS-ə bildirdi ki, vətəndaş məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.
“Məlum olduğu kimi prezidentin sərəncamı ilə sahibkarlıq sahələrində yoxlamalar 2 il müddətinə dayandırılıb. Amma sahibkarlar bundan istifadə etməməlidir. İqtisadiyyat Nazirliyinə müraciətdən sonra araşdırlamalar aparılacaq”, – deyə Ziyəddin Kazımov bildirdi.
TİA.AZ