Daha bir ölkənin parlament nümayəndə heyətinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi ifşa olunub.
Daha bir ölkənin parlament nümayəndə heyətinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi ifşa olunub.
TİA.AZ erməni mediasına istinadən xəbər verir ki, Boliviya Nümayəndələr Məclisinin bir qrup üzvü bu gün Xankəndində separatçı “Dağlıq Qarabağ Respublikası” rejiminin rəhbəri Bako Sahakyanla görüşüblər.
Görüş zamanı bildirilib ki, Boliviya nümayəndə heyəti işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən təşkil edilən qondarma “referendumu” “xarici müşahidəçi” qismində izləyəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin bu il fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib. Şübhəsiz ki, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən digər şəxsləri də eyni aqibət gözləyir.