Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Beynəlxalq Kitab Sərgisində bölgələr arasından yalnız Sabirabad təmsil olunub.
Tribunainfo.az xəbər verir ki, Sabirabadı bu mötəbər tədbirdə “Hophopnamə” Kitab Mərkəzi təmsil edib.
Məlumata görə, mərkəz kitab satışı ilə yanaşı, müxtəlif yaradıcılıq dərnəklərinə də ev sahibliyi edir. Burada gənclərin ədəbiyyata marağının artırılması, kitab oxuma vərdişlərinin təşviqi və müxtəlif mədəni tədbirlərin təşkil olunması istiqamətində fəaliyyət göstərilir.
Beynəlxalq sərgidə iştirak edən “Hophopnamə” Mərkəzi Sabirabadın mədəni həyatında mühüm rol oynayır.
Mövzu ilə bağlı videoçarxı təqdim edirik:
Dəniz Pənahova