Bölgələrdən aşağı qiymətə alınan mövsümi meyvələr paytaxt bazarlarında çox yüksək qiymətə satılır. Xezerxeber.az xəbər verir ki, paytaxt bazarında gilasın 1 kiloqramı 9 manata təklif olunursa, bölgələrdə isə bu meyvənin qiyməti 1 manatdır.
Satıcılar qiymət arasındakı fərqin səbəbini məhsulun azlığı və daşınma xərclərinin yüksək olması ilə əlaqələndirirlər.
Növbəti aylarda mövsümi meyvələrin qiymətinin enəcəyi də gözlənilmir.