“BÖLGƏDƏ SİLAHLI QALMAYIBSA, SÜLHMƏRAMLIYA DA EHTİYAC YOXDUR” – DEPUTAT VÜQAR İSKƏNDƏROV

“BÖLGƏDƏ SİLAHLI QALMAYIBSA, SÜLHMƏRAMLIYA DA EHTİYAC YOXDUR” – DEPUTAT VÜQAR İSKƏNDƏROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bölgərə separatçılar, silahlılar qalmayıbsa, sülhməramlılar da buradakı missiyalarını başa vurmuş sayılır.

Bu sözləri Tribunainfo.az-a deputat Vüqat İskəndərov bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağda öz suveren hüquqlarını bərpa etdiyi üçün sülhməramlılara ehtiyac qalmayıb:

“Sülhməramlıların Azərbaycan ərazisində yerləşməsi üçtərəfli bəyanatla təsbit olunmuşdu. Azərbaycan artıq öz suverenliyini tam bərpa edib, problem də həllini tapıb. Bölgədə silahlı da qalmayıb. Bu da artıq sülhməramlılarla bağlı olan bəndin də qismən qüvvədən düşməsi deməkdir. Bölgədə separatçılar, silahlılar yoxdursa, sülhməramlıya da ehtiyac qalmır.
Hesab edirəm ki, 2025-ci ilə qədər bu məsələ uzanmayacaq. 2025-ci ildən sonra da yeni bir müqaviləyə ehtiyac qalmayaca. Son günlər hadisələr sürətlə dəyişir. Bilmək olmaz, bəlkə də sülhməramlılar daha tez bir müddətdə ərazilərimizi tərk edəcəklər. Hesab edirəm ki, yaxın günlərdə sülhməramlılarla bağlı konkret qərar verilcək”.