“Bolge.tv”nin əməkdaşı mükafata layiq görülüb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Milli Mətbuatının 142-ci ildönümüdür. 
Bu gün Azərbaycan Milli Mətbuatının 142-ci ildönümüdür.

Bu münasibətlə artıq bir neçə gündür ki, əksər jurnalistlər ölkə mətbuatının inkişafında və dövlətçilik ənənələrinin təbliğinə görə müxtəlif mükafatlara layiq görülürlər.
Həmin jurnalistlər sırasında “Bolgexeber.com” xəbər portalının və “Bolge.tv” internet televiziyasının əməkdaşı Təbriz Məhərrəmoğlu da var.
Təbriz Məhərrəmoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında və gənclərə vətənpərvərlik ruhunun aşılanmasında oynadığı rola görə “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən fəxri fərmanla təltif olunub. Biz də kollektivimiz adından Təbriz Məhərrəmoğlunu təbrik edir və ona peşə fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Təbriz Məhərrəmoğlu mükafatlandırma mərasimində öz ürək sözlərini də deyib:

“Bu mükafata məni layiq gördüyünə görə “Beynəlmiləlçi Əlil Döyüşçülər Fonduna və başda “Bolgexeber.com” və “Bolge.tv”nin direktoru Vasif Turan olmaqla öz həmkarlarıma da dərin təşəkkürlərimi bildirirəm. Bu gün mən Vasif Turanın diqqət və qayğısının nəticəsində olduğum nöqtəyə gəlib çatmışam.”