backend

“Bölgə TV” nin əməkdaşı təltif olunub-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm” “Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm”

“BTV.az”ın əməkdaşı Cəlilov Təbriz Məhərrəm oğlu “Femida” H.T Hüquq Mərkəzinin İdarə Heyəti tərəfindən ilin mətbuat işçisi və mənəvi dostu diplomu ilə təltif olunub. Diplomu jurnalist Təbriz Cəlilova “Femida H.T. Hüquq Mərkəzi”nin İdarə Heyətinin sədri, hüquq eksperti-psixoloq , Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tanınmış vəkil İsmayıl Zalov təqdim edib.

“Bu gün “Femida H.T. Hüquq Mərkəzi” tərəfindən ”İlin mətbuat işçisi və mənəvi dostu” adına layiq görüldüm. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm. Ümidvaram ki, nüfuzlu təşkilat olan “Femida H.T. Hüquq Mərkəzi” ilə əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək və bu cəmiyyətimizə, dövlətimizə böyük töhfə verəcək”,- deyə Təbriz Cəlilov müxbirimizə bildirdi.
Biz də TİA.AZ kollektivi olaraq həmkarımızı bu mükafata layiq görüldüyünə görə təbrik edir,ona yeni-yeni uğurlar arzulayırıq.