BÖLGƏ MƏKTƏBLƏRİ MÜƏLLİMSİZ QALIB, NAZİRLİYİN VECİNƏ DEYİL…backend

BÖLGƏ MƏKTƏBLƏRİ MÜƏLLİMSİZ QALIB, NAZİRLİYİN VECİNƏ DEYİL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerik rayon Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi ixtisası üzrə müəllim yoxdur. Nazirlər Kabinetinin 2010-cu il 103-nömrəli qərarı ilə bu fənləri digər qeyri-ixtisas fənn müəllimləri tədris edir. Məktəbin 7 sinifində 45 şagird, 13 müəllim var. Yəni bu qədər şagirdin təhsili, taleyi Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara regional Təhsil İdarəsi üçün əhəmiyyətsizdir.

Tribunainfo.az xəbər verir ki, bu məlumatı ictimailəşdirən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri bildirir ki, uşaqlar kitabı üzündən oxuya bilmirlər:

“Bəs məktəbləri monitorinq edirdiniz? Hanı sizin keyfiyyət sektorunuz? Öz övladınızın belə təhsil almasına razı olardınız?

Millətin balalarını şikəst edirsiniz. Yarıtmaz fəaliyyətiniz hər saniyə təhsilə zərər verir. 200 min manat AGMA-ya (Azərbaycan Gənc Müəllimlər Assosasiyası) pul bəxşiş edənəcən, məktəblərə müəllim göndərmək lazımdır. Nə qədər insan MİQ imtahanı verib, işsizdir. Mütləq gəlib sizi “görəndən” sonra təyin etməlisiniz?”.