BOL SU İÇMƏK BU PROBLEMLƏRİN DƏRMANIDIR – HƏKİM MƏSLƏHƏTİ

BOL SU İÇMƏK BU PROBLEMLƏRİN DƏRMANIDIR – HƏKİM MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su insan orqanizmi üçün ən vacib ehtiyaclardandır. Bir çoxları bədənin gündəlik su ehtiyacını çayla əvəz edir. Ancaq mütəxəssislərin fikrincə, çayla yanaşı insan gün ərzində su da qəbul etməlidir. Çünki su immuniteti gücləndirən ən güclü vasitələrdən hesab edilir.

Tribunainfo.az yazır ki, mütəxəssislər bildirib ki, su bədən temperaturunu tarazlayan, nizama salan ən güclü dərmandır. Su həmçinin həzmi yaxşılaşdırır, qida borusu, mədə-bağırsaq yollarını təmizləyir, fiziki və zehni performansı yaxşılaşdırır.

Həmçinin su cildimizi də cavan saxlayan vasitələrdəndir. Cildimizi sağlam və gənc saxlamağa kömək edir. Böyrək və qaraciyər tiksinlərini təmizləyir, qan dövranını sürətləndirir. Həkimlər həmçinin baş ağrısında da suyun təsirli olduğunu bildirir. Gündəlik qəbul edilən su baş ağrısını minimallaşdırır.

Mütəxəssislərin sözlərinə görə, gündə təzminən 8 stəkan (təqribən 2 litr) su içmək məsləhətdir.