BOKT-LAR VƏTƏNDAŞLARLA MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – SİYAHI

BOKT-LAR VƏTƏNDAŞLARLA MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq təkcə banklar deyil, Bank olmayan Kredit Təşkilatları da kreditorları boğaza yığıb. Vətəndaşlarla bu təşkilatlar arasında hər ay məhkəmələrdə kredit ödənişləri ilə bağlı mübahisələr həll edilir. Ancaq bu məhkəmə prosesləri bir deyil, on deyil, yüzlərlədir.
İş orasıdır ki, həmin Bank olmayan Kredit Təşkilatları (BOKT) vətəndaşların sosial şəraitini, gəlirlərini, aylıq məvacibini nəzərə almadan hər kəsə kredit verir, yaxud hansısa məhsul satılır, sonra ödənişlərlə əlaqədar problemlər meydana çıxır.
Ona görə ilk növbədə özləri araşdırma aparıb sonra kredit ayırmalıdırlar. İkincisi, əhalinin sosial vəziyyəti günbəgün çətinləşir və bunu düşünərək hər ödənişin yubanmasına görə məhkəməyə müraciət etməyə zərurət yoxdur, yeni kredit cədvəli də açıla bilər. Həmçinin, Mərkəzi Bank, Azərbaycan Banklar Asossiyasiyası bu təşkilatların işini yoxlamalı, təftiş etməli, fəaliyyətlərini təqib etməlidirlər. Çünki kimə gəldi kredit verilməsi böyük bir xaosa yol açır.

Tribunainfo.az hazırda ayrı-ayrı bank olmayan kredit təşkilatlarının aylıq məhkəmə işlərinin siyahısını tərtib edib.
Həmin siyahını təqdim edirik:

“FINOKO” 25 məhkəmə
“PARA” 16 məhkəmə
“TBC KREDIT” 15 məhkəmə
“EMBAFINANS” 8 məhkəmə
“KƏPƏZ” 8 məhkəmə
“PSG FINANS” 6 məhkəmə
“OPTIMAL FINANCE” 6 məhkəmə
“AZƏRBAYCAN MIKRO KREDIT” 2məhkəmə
“CITY FINANCE” 2 məhkəmə
“FINEX KREDIT” 2 məhkəmə
“MERKURI” 2 məhkəmə
“M BULAK” 2 məhkəmə
“ASEL KREDIT” 1 məhkəmə
“FALCON FINANCE” 1 məhkəmə
“İDEAL KREDIT” 1 məhkəmə
“TCF” 1 məhkəmə
“VIZA KREDIT” 1 məhkəmə
“PRIOR CREDIT” 2 məhkəmə