Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax idmançılar tərəfindən qadağan olunan preparatlardan istifadə olunması ilə bağlı məsələyə münasibət bildirib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Tomas Bax bir sensasion etirafı dilə gətirib.
O, dopinqin həmişə idman dünyasının ayrılmaz tərkib hissəsi olaraq qalacağını qeyd edib. “Doqinqə qarşı savaş bir tərəfin heç vaxt uda bilmədiyi müharibədir”, -sözləri ilə ümumi mənzərəni səciyyələndirən Tomas Bax BOK və İdman Arbitraj Məhkəməsindən (CAS) tam ayrı fəailyyət göstərəcək Dopinq testləri üzrə beynəlxalq agentliyin daha effektli şəkildə işləyə biləcəyini söyləyib.
Qeyd edək ki, bu ilin iyul ayının axırında BOK ABŞ-da qəbul olunmaq istənilən “Rodçenkov qanunu”nu sərt şəkildə tənqid edib. Bu qanuna görə, qadağan edilən preparatları qəbulu edənləri hansı ölkənin vətəndaşlığından asılı olmayaraq ağır cəzalar gözləyir.
“Rodçenkov qanunu” dopinqi istehsal edən, yayan, qəbul edən fiziki və hüquqi şəxslərin cəzalandırılmasını nəzrədə tutur. Bu qanun ABŞ atletlərinin iştirak etdiyi bütün beynəlxalq yarışları əhatə edir. Qanunvericilik təşəbbüsünə əsasən günahkarlara 1 milyon dollarlıq cərimədən tutmuş, 10 il müddətinə azadlıqdan məhrum etməyə qədər cəza tətbiq edilməsi təklif olunur.
Yeni akt Moskva Antidopinq mərkəzinin keçmiş rəhbəri, rus idmançılarının dopinq qalmaqalı ilə üzləşməsinin baiskarı Qriqori Rodçenkovun “şərəf”inə adlandırılıb.