Boğulan şəxsə ilk yardımı necə etməli – faydalı məsləhətlər

Boğulan şəxsə ilk yardımı necə etməli – faydalı məsləhətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il dünyada 400 min nəfər suda boğulur, bəs insanları Xəzərin caynağından xilas etmək olarmı?

Yay fəsli, dəniz mövsümünün davam etməsi ilə bağlı olaraq boğulmaların da sayı artıb. Bu səbəbdən təqdim edəcəyimiz məsləhətlərin faydalı olacağı qənaətindəyik.

Mühüm olan ilk yardım

Dənizdə çırpınan bir insan tuta biləcəyi hər şeyə sıx-sıx və nəzarətsiz şəkildə sarılır. Bu səbəbdən də yaxşı üzmə qabiliyyəti olmayan biri boğulan insanı xilas etməyə çalışmamalıdır. Belə situasiyalarda ilk olaraq xilasedici dairə tipli, üzən bir əşya atılmalıdır. Üzən bir şey yoxdursa, kürək kimi tuta biləcəyi bir şeylər uzadılmalıdır.

Boğulan şəxsə ilk yardımı necə etməli-faydalı məsləhətlər ile ilgili görsel sonucu

– Sahilə çıxarılan şəxs su udubsa, amma özündən getməyibsə, dərhal yana doğru uzadılır və başı xəfif şəkildə geriyə doğru çəkilir.

– Sahilə çıxıldığı zaman özündən gedən şəxs kürəyi üstə uzandırılmalıdır.

– Boğulan şəxsin şüuru qapalıdırsa, dərhal təcili yardım çağırılmalıdır.

– Kürəyi üstə yatızdırılan şəxsin ağzında hər hansı bir əşya varsa, çıxarılır.

– Bir əski parçası orta və işarət barmağın üzərinə keçirilərək, ağzın içindəki bəlğəm və başqa mayelər təmizlənir.

– Kürək üstə uzandırılan şəxsin çənəsi yavaşca yuxarı qaldırılır. Bu pozada onu tutmaq üçün boynunun altına bir əşya qoyulur.

– Tənəffüs başladığı anda insanı yana doğru çevirmək lazımdır ki, boğazındakı suyu çıxara bilsin.

– Tənəffüs dayanıbsa, bu sahədə təhsil görmüş bir nəfər tərəfindən ürək masajı və süni tənəffüs həyata keçirilməlidir.

Suda Boğulan şəxsə ilk yardım ile ilgili görsel sonucu

Hər il 400 min adam boğulur 

Dünyada hər il təxminən 400 min nəfər boğularaq həyatını itirir. 1-5 yaş arasındakı uşaqlarda ölümə səbəb olan qəzalarda üçüncü yeri boğulma hadisələri tutur. Statistikaya görə, boğulma halları qadınlarla müqayisədə kişilərdə daha çoxdur. Kişilərin su ilə bağlı işlərlə daha çox məşğul olmaları, suya içkili girmələri və su içində riskli hərəkətlər etməsi bu faizi artırır.

Suda Boğulan şəxsə ilk yardım ile ilgili görsel sonucu

Suda boğulmalar təlaşın nəticəsidir

Suda boğulmaların böyük hissəsi panikadan qaynaqlanır. Belə ki, suda boğulma zamanı insanlar hər hansı səbəbə bağlı olaraq panikaya qapılıb, nəzarətlərini itirirlər. Yaşanan panika nəticəsində su ilə mübarizədə uduzma, su udma, halsızlıq, tənəffüsdə çətinlik, üzdə, dodaqlarda və dırnaqdlarda göyərmə, yaralanma, şüur itkisi və özündən getmə əlamətləri görülə bilir.

Boğulma anında nə etməliyik?

Suda boğulmaları 2 növdə dəyərləndirə bilərik.

Quru boğulma: ağcirəydə su yoxdur və ya çox az vardır. Bu insanlarda qırtlaq spazm vəziyyətindədir. Ağciyərlərə nə su, nə də okseigen girə bilər.

Su udaraq boğulma. Boğulmaların böyük əksəriyyəti bu səbəblə baş verir. Ağciyərlərə dolan su miqdarı tənəffüzün dayanmasında ciddi faktordur.

Suda boğulmaqda olan insana üzməyi bacarsaq belə, ilk olaraq xilasedici jilet, xilasedici haqla, ip kimi suda batmayan bir əşya atmalıyıq. Üzərək can qurtarmaq çətin məsələdir. Əgər bu sahədə hər hansı təhsil almamısınızsa, bu, az qala müşkül deməkdir. Çünki boğulmaqda olan insan panika halında çırpınarkən bizə də zərər verə bilər, boğulmağımıza səbəb ola bilər.

Ən kritik 72 saat 

– Boğulma təhlükəsi keçirən insan sudan çıxarılınca, əgər ağzında protez, taxma diş kimi yad əşyalar çıxarılmalı, sərt bir zəminə qoyulmalıdır.

– Baş geriyə yatırılıb, çənə qaldırılmalı, başın altına qatlanmış geyim əşyası və sair qoyulmalıdır.

– Bir əllə xilas edilmiş şəxsin alnına qoymalı, eyni əlin baş və işarət barmaqları ilə burun qapatılmalı, digər əl ilə ağız açılmalıdır.

– Qurtarıcı onun nəfəs almasına yardım etmək üçün süni nəfəs verir.

– Daha sonra ürək massajl etməlidir.

Boğulma hekayələrində şirin su-duzlu su fərqi varmı?

Var. Şirin suda ölüm 3-4 dəqiqədə baş tutur. Ağciyərlərdəki hava kisəcikləri qapanaraq qanın oksigenləşməsinin qarşısını alır, qan oksigenləşmədən təkrar dövrana keçər. Şirin suyun faizi aşağı olduğu üçün damarlar tərəfindən əmilir, qanın həcmi artır və üərk çatışmazlığına düşməsinə səbəb olur.

Qanın əzələlərə oksigen daşıması pozulur. Duzlu suda isə ölüm 5-6 dəqiqədə gerçəkləşir.

Üzmə bilən biri boğula bilərmi? Bilsə də başqa bir səbəbdən boğulma yaşaya bilərikmi?

Suda boğulmalar əsasən üzmə bilməyənlərin dərinliyini, daban quruluşunu bilmədikləri sularda sərinləmək istədikləri zaman baş verir. Amma üzmə bilənlər də axıntı, dibi palçıq olan zəminlərdə, travma, spirtli içki, dərmandan istifadə, suda riskli hərəkərlər və su idmanı qəzaları kimi səbəblərə görə suda boğula bilirlər.

Xüsusən də uşaqlarımızla bərabər suda olmalı və ya onları yaxından izləməliyik. Çünki onlar daha tez panikaya qapıla bilir, zarafat edərkən zərər görə bilirlər. Hovuzda üzəndə isə ya yanında olmalı, ya da yaxın məsafədən müşahidə etməliyik. Hovuzlardakı aksesuarlar, hovuz içi boşluqlar böyük təhlükəyə səbəb olur.

Sevinc TELMANQIZI,