BNA SƏRNİŞİNLƏRƏ İŞGƏNCƏ VERƏRƏK PUL QAZANIR – ŞİKAYƏTbackend

BNA SƏRNİŞİNLƏRƏ İŞGƏNCƏ VERƏRƏK PUL QAZANIR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BakuBus MMC-ə məxsus şəhəriçi avtobuslardaki səsli reklamlar sərnişinləri boğaza yığıb. TİA. Az xəbər verir ki, Tacəddin Poladzadə həmin vətəndaşlardan biridir. Onun sözlərinə görə, baxmayaraq ki, dəfələrlə həm özü, həm ətrafındakı tanışları Bakı Nəqliyyat Agentliyinə elektron şikayət ünvanlayıb, amma onların cavabı sadəcə şablon mesajdan o tərəfə keçməyib: “Nəzərə alacaqlarını desələr də, görüntü budur ki, qayğısız yanaşırlar vətəndaşın şikayətinə.

Səssiz kabinetlərində qulağı dinc oturan bu rəhbərlər və idarəçilər vətəndaşın qulağını zorlayaraq səsli reklam üzərindən pul qazanırlar. Hər 2-3 dəqiqədən bir reklam verilir, özü də gur səslə. Market reklamlarından tutmuş telefon reklamlarına kimi. Hələ son dönəmlər türk seriallarının da reklamına keçiblər. Yaşlını, xəstəni, əsəbi zəifi anlamır bu danqabaşlar. Onlara vətəndaşın şikayəti və ya şikayətin təmin olunması maraqlı deyil. Səsli reklamlar barədə şikayəti bir dəfə bu qrupda XaliqFaiqoğluna məxsus avtobuslar barədə də yazmışdım. Çox sağolsunlar ki, tamam azaldıblar. İndi sıra BakuBus MMC şirkətindədi”.

TİA. Az