BNA-nın terminalları lazımsız əşya kimi atılır – Tənqid

BNA-nın terminalları lazımsız əşya kimi atılır – Tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyulun 1-dən avtobuslarda nağdsız ödənişlərlə bağlı yeni mobil tətbiq istifadəyə veriləcək. Belə ki, vətəndaşlar yeni tətbiq vasitəsilə “BakıKart”ın balansını artıra və gediş haqqını ödəyə biləcəklər.
Həmçinin istifadəçilərin marşrutları asanlıqla axtarması, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapması və avtobusları real vaxt rejimində izləyə milməsi mümkün olacaq.
Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə də imkan verəcək.
“K Group” MMC-nin (“BakiKart”ın operatoru) direktoru Orxan Bayramov da avtobuslarda bank kartları vasitəsilə ödənişin mümkün olacağını təsdiqləyib.
Yeni tətbiqin üstünlükləri ilə bağlı Bakıposta.az -a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobuslarda nağdsız ödənişlərlə bağlı problemlər olduğunu bildirib:
“Bu tətbiqin təkmilləşdirilməsi vətəndaşlara daha yaxşı xidmət göstərməyə yönəlib. Çünki “BakıKart”la bağlı kart doldurma məntəqələrinin sayının azalması, terminalların yoxa çıxması, Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün siyasət qurmaması vətəndaşları narahat edirdi. BNA bu sistemi daha əvvəl tətbiq etməli idi. Biz qaz, su, işıq, telefon və digər kommunal ödənişləri mobil tətbiqlə edə bilirik. Necə olur ki, BNA edə bilmir? Bu, mümkün idi. Lakin BNA avtobus dayanacaqlarına terminallar qoydu. Bu terminallar isə indi lazımsız əşya kimi harasa atılır”.
Ekspertin sözlərinə görə, yeni mobil tətbiq vətəndaşların işini rahatlaşdıracaq:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan bu sistem mükəmməldir. Düzdür, hələ ki tam təkmilləşməmiş məsələlər var. Gələcəkdə bank kartları, debet, əmək haqqı kartları ilə ödəmək mümkün olacaq. QR kod vasitəsilə də ödəniş mümkündür. Ola bilər ki, kimsə “BakıKart” almaq istəmir, ona 1-2 gediş lazımdır. Bunu bank kartı, yaxud QR kod vasitəsilə həyata keçirəcək. Texnologiyanın inkişaf etdiyi dövrdəyik. Gələcəkdə daha yaxşı ideyalar, təkliflər də ortaya çıxa bilər. Hazırda vətəndaş üçün nə lazımdırsa, edilir”.