BMT təxmini: Zəlzələ Türkiyəyə 100 milyard dollar zərər vurubbackend

BMT təxmini: Zəlzələ Türkiyəyə 100 milyard dollar zərər vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Uinton zəlzələlər nəticəsində Türkiyəyə dəymiş ziyanın 100 milyard dolları keçə biləcəyini bildirib. Son məlumatlara görə, zəlzələlər nəticəsində 46 104 nəfər ölüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu günə qədər aparılan hesablamalardan aydın olur ki, hökumət tərəfindən təqdim edilən və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərər hesablamaları 100 milyard dolları ötəcək”, deyə Uinton brifinq zamanı Türkiyənin Qaziantep şəhərindən videobağlantı vasitəsilə danışıb.

Luiza Uintonun sözlərinə görə, zəlzələlər nəticəsində ən böyük dağıntı Türkiyənin Hatay vilayətində qeydə alınıb. Orada yüz minlərlə ev dağıdılıb. Uinton əyalətdəki vəziyyəti “apokaliptik” adlandırıb. Eyni zamanda, qeyd edib ki, regionda bütün zərərləri aradan qaldırmaq üçün resurslar “kifayət qədər azdır”.
Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,7 bal gücündə, həmin gün isə daha bir 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Suriyaya da təsir edib. Daha əvvəl, Türkiyə Daxili İşlər Nazirliyi 4267-si Suriya vətəndaşı olmaqla, 45 968 nəfərin öldüyünü bildirib. Dünya Bankı ilkin olaraq ölkəyə dəymiş ziyanı 34,2 milyard dollar qiymətləndirib. Fevralın 20-də iki ölkənin sərhədində yenidən zəlzələlər baş verib.