BMT rüşvətin qlobal həcmini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.

 

Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.

TİA.AZ-ın “Vedomosti” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, dünya iqtisadiyyatı daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirir. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.

“Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb”, – deyə hesabatda qeyd edilir.