BMT: QLOBAL QAYNAMA DÖVRÜ BAŞLADI

BMT: QLOBAL QAYNAMA DÖVRÜ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünyada həddindən artıq isti hava şəraiti üçün “Qlobal istiləşmə dövrü bitdi, qlobal qaynama dövrü gəldi” deyib.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, Quterreş dünyanı temperatur artımını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin zərərli nəticələrindən qaçmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.

İyul ayının bəşər tarixində indiyə qədər qeydə alınan ən isti ay olduğunu vurğulayan Quterreş, “İqlim dəyişikliyi indi buradadır və bu qorxuncdur. Bu, hələ başlanğıcdır. Qlobal istiləşmə dövrü bitdi, qlobal qaynama dövrü gəldi” deyib.

Quterreş qeyd edib ki, bütün planet üçün çox çətin və fəlakətli yay olacaq.