BMT: “Qəzzada aclıq və yoluxucu xəstəliklərin yayılması qaçılmazdır”backend

BMT: “Qəzzada aclıq və yoluxucu xəstəliklərin yayılması qaçılmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəzzada gedən döyüşlərin nəticələrinə görə aclıq və yoluxucu xəstəliklərin baş verməsi demək olar ki, qaçılmazdır.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə istinadən məlumat yayıb.
Volker Türk Misir və İordaniyaya səfərindən sonra “Kütləvi yoluxucu xəstəliklər və aclıq qaçılmaz görünür”, deyib.
Onun sözlərinə görə, Qəzzada yanacaq ehtiyatlarının tamamilə tükənməsi qaçılmazdır və bunun fəlakətli nəticələri olacaq: su təchizatı və kanalizasiyanın tamamilə dayandırılması, zəruri tibbi xidmətlərin göstərilməməsi və humanitar yardımın çatdırılmasının dayandırılması. O, beynəlxalq humanitar hüququn tibb bölmələri üçün xüsusi mühafizə tələb etdiyini də xatırladıb.
Ali komissar bildirib ki, qalan bir neçə xəstəxanada həkimlər işıq mənbəyi kimi mobil telefonlardan istifadə edərək uşaqları narkozsuz əməliyyat etməyə məcbur olur.
ÜST-nin məlumatına görə, Qəzzada xəstəxana və tibb müəssisələrinə ən azı 137 hücum qeydə alınıb. Ən çox zərər görən isə Əl-Şifa xəstəxanası olub.
İsrail Müdafiə Qüvvələrinin fikrincə, bu tibb müəssisəsinin ərazisində yeraltı HƏMAS qruplaşmasının əsas komanda məntəqələrindən biri yerləşir.