BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır.
TİA.AZ-ın məlumatına görə, bunu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu çərçivəsində İordaniya Senatının sədri Faisal əl-Fayez deyib.
Onun sözlərinə görə, Suriyada, İraqda, Orta Şərqdə və digər yerlərdə davam edən münaqişələr var və bu münaqişələrin sülh yolu ilə həllini tapmaq və daha yaxşı dünya qurmaq çox vacibdir: “Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir”.
Senat sədri qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir: “Düşünürəm ki, hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir”.