BMT-nin maşını Bakıda piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.

APA-nın məlumatına görə, hadisə Zığ şössesində qeydə alınıb. Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi “Mitsubişi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.