BMT-nin 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq COP29-da iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Tribunainfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.