BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb. Xatırladaq ki, D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanınması haqqında qəraraını dekabrın 6-da verib. Bundan sonra dünya dövlətləri onun bu addımına qarşı çıxıb, geri addım atmağa çağırıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib. Ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsini dəstəkləməyənlərin maliyyə yardımlarını kəsə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru Məhəmməd Əsədullazadə TİA.AZ-a belə bir açıqlama verdi: “ABŞ prezidenti D.Trampın Qüdsü İsrail paytaxtı elan etməsi, beynəlxalq siyasi böhrana və BMT-nin məlum qərarlarına qarşı gəlmək idi.
Təbii ki, prezidentin verdiyi qərar birtərəfli ABŞ-ın xarici siyasət strategiyasının əleyhinə formalaşacaq bir qərar idi. Dünyada xüsusilə İslam dünyasında şiddətlə qınanan bu siyasət ABŞ-da Yəhudi lobbisinin prezident Trampa təzyiqləri fonunda gerçəkləşdi. İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində qəbul edilən bəyannamə siyasi olaraq təzyiq rıçaqıda olmasa da, bu böhranın BMT səviyyəsində baxılmasına zəmin yaratdı. Qüds 1947-ci iki ölkənin paytaxtı olmaqla iki yerə bölünüb. Qərbi Qüds İsrailə , Şərqi Qüds isə Fələstinə aid olmalıdır.
Amma BMT-də İsrailin deafakto paytaxtı Təl-Əviv qəbul edilib. BMT-nin Təhlükəsizlik Şurasında Qüdslə bağlı məsələyə ABŞ veto qoysa da, bu gün BMT-nin Baş Assambleyasında Trampın Qüds qərarı ləğv edildi. ABŞ administrasiyası buna sərt təpki və hədə ilə cavab versə də, Beynəlxalq siyasi münasibətlər sistemində dünya birliyi hüququn yanında oldu. Trampın BMT və səs verən ölkələri hədələməsi qeyri-ciddi yanaşmadır və ABŞ-ın çox əsrlik beynəlxalq siyasətdə roluna zərbə vurmaqdır. Artıq BMT qərarı həll edici əhəmiyyət daşıyır. Trampın yanlış qərarı hesab edirəm ki, öz aktuallığını bununlada itirəcək. BMT və səs verən ölkələri hədələmək siyasətə yaraşmayan qeyri-peşəkarlığın bariz nümunəsidir.”
NÜŞABƏ
TİA.AZ